Bakıda axtarışda olan 5 nəfər saxlanılıb

Bakıda axtarışda olan 5 nəfər saxlanılıb Saxlanılan şəxslərlə bağlı başlanan cinayət işlərinin istintaqı davam etdirilir
Hadisə
11 Dekabr , 2014 11:45
Bakıda axtarışda olan 5 nəfər saxlanılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan 5 nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB), Qaradağ RPİ 11-ci PB, Sabunçu RPİ-13-cü PB, Suraxanı RPİ-31-ci PB, Xətai RPİ Cinayət Axtarış Şöbəsi və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, CM-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Bəxtiyar Şahməmmədov, CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Xalid Kərimov, CM-nin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə axtarışda olan 1972-ci il təvəllüdlü Rasim Rzayev, CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan Rüstəm Z. tutulub.

Saxlanılan şəxslərlə bağlı başlanan cinayət işlərinin istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi