Bakıda axtarışda olan 26 nəfər saxlanıldı

Bakıda axtarışda olan 26 nəfər saxlanıldı Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb.
Hadisə
22 Fevral , 2020 10:21
Bakıda axtarışda olan 26 nəfər saxlanıldı
google.az

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də 34 cinayətin üstü açılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 7, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi