Bakıda axtarışda olan iki nəfər saxlanılıb

Bakıda axtarışda olan iki nəfər saxlanılıb Hər iki şəxslə bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2014 13:32
Bakıda axtarışda olan iki nəfər saxlanılıb
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda axtarışda olan iki nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Fuad Lazımov tutulub. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1976-cı il təvəllüdlü Heybət Azayev saxlanılıb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi