Bakıda axtarışda olan 13 nəfər saxlanıldı

Bakıda axtarışda olan 13 nəfər saxlanıldı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxtda baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.
Hadisə
6 Fevral , 2020 09:08
Bakıda axtarışda olan 13 nəfər saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxtda baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 cinayətin üstü açılıb. Onlardan 8-i əvvəllki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi