Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb

Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
20 Sentyabr , 2017 12:07
Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda avtoyuma işçisi yumaq üçün gətirilmiş avtomobili qaçırıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi