Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda avtoxuliqanlıq edən sürücü zəncirvari yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçıb.
"Report" xəbər verir ki, “Mersedes" markalı avtomobil Eldar Babayev küçəsi ilə hərəkətdə olarkən "Giriş qadağandır" nişanının tələbini pozaraq hərəkətini davam etdirib.Bu zaman ərazidə xidmət aparan yol polisləri sürətlə hərəkət edən maşını saxlamağa cəhd etsələr də, sürücü qarşı yola çıxaraq qaçıb.
Avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarə etməni itirib. Nəticədə işıqforun qırmızı ışığında dayanan Vüsal Tağıyevə məxsus “Nissan” a daha sonra isə İmran Cəfərova məxsus “Hundaya çırpılıb.
Yol polisləri dərhal ərazidə süni tıxac yaradaraq avtomaşını saxlamağa müvəffəq olublar. Yol patrul xidmətinin inspektoru Azər Musayevin avtomobillə yaxınlaşaraq sürücünü maşından düşürtmək istəsə də, içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb.
Əraziyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub.Yaralı polis əməkdaşına hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis qəzanı törədərək hadisə yerindən qaçan avtoxuliqan sürücünün axtarışlarını davam etdirir.