Bakıda avtoservisdə yanğın olub

Bakıda avtoservisdə yanğın olub Bitişik sexlər yanğından mühafizə olunub
Hadisə
176
10 May , 2021 23:06
Bakıda avtoservisdə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 5 000 m² olan avtoservisin ərazisində sahəsi 80 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar yanıb.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi