Yuxarı

Bakıda avtomobillərdən oğurluq edən keçmiş məhkumun məhkəməsi başlayır

​Bakıda avtomobilləri soyan şəxsin məhkəməsi başlayır

Bakıda avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Rəvan Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəlalə Həsənovanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Abdullayev 2018-ci il dekabr ayında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, rayon ərazisində avtomobillərdən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda ittiham edilir. Cinayət işi üzrə 14 zərərçəkmiş var.

R.Abdullayevə Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi