Bakıda avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub

Bakıda avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub Onlar iki avtobomili oğurlayaraq hissələrə bölüb satıblar
Hadisə
7 İyul , 2016 11:36
Bakıda avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda avtomobilləri qaçırıb hissələrə bölərək satan şəxslər tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci Polis Bölməsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus “VAZ-21011” markalı, iyunun 3-də Aydın Əliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçıran Bakı şəhər sakini Zakir Mustafayev tutulub.

Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.

Son xəbərlər

Orphus sistemi