Bakıda avtomobillərdən oğurluq edilib

Bakıda avtomobillərdən oğurluq edilib Bakıda avtomobillərdən oğurluq edilib.
Hadisə
1 Noyabr , 2021 12:17
Bakıda avtomobillərdən oğurluq edilib
0 : 00
0 : 00

Bakıda avtomobillərdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1 000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2 224 manat pul, bankomat kartları və sənədlər, 1 150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi