Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
18 Dekabr , 2018 11:43
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 8 avtomobildən təkər üzlükləri və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Pərvin Hümbətov, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Tural Əsgərli və Bakı şəhər sakini Rəvan Cəfərov saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi