Bakı. 16 noyabr. REPORT.AZ/ Polis Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.