Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar Yasamal və Binəqədi rayonlarında avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
19 Mart , 2019 11:43
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Yasamal və Binəqədi rayonlarında avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi