Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub Avtomobillərdən aksessuarlar və qızıl zinət əşyaları oğurlayıb
Hadisə
26 Fevral , 2015 12:04
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Bakıda avtomobillərin şüşələrini sındırmaqla oğurluq edən şəxs tutulub. 

"Report" Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ ) Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də gecə saatlarında M.Cəlal küçəsində Tural Mahmudova məxsus “Mitsubishi” markalı avtomobildən şüşəni sındırmaqla video müşahidə kamerası, aksessuarlar, yanvarın 24-də gecə saatlarında həmin ünvanda İlahə Yüzbaşıyevaya məxsus “Toyota” markalı avtomobildən eynu üsulla 3 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, 1994-cü il təvəllüdlü Xalid Mahir oğlu Səmədov tutulub.

Son xəbərlər

Orphus sistemi