Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb.
Hadisə
21 Dekabr , 2019 10:21
Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, F.Nəfərli və N.Əliyevin avtomobillərindən oğurluq edilib.

Daha sonra hər iki şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü A.Əhmədov şübhəli şəxs qismində tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi