Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 İyun , 2021 21:19
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücülər - 41 yaşlı Məmmədov Vahid Ziyadxan oğlu və 40 yaşlı Rafiqov Fuad Əli oğlu müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. V.Məmmədova sağ mil sümüyünün sınığı, F.Rafiqova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi