Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var Bakıda yol qəzası baş verib.
Hadisə
16 Dekabr , 2020 12:52
Bakıda avtomobillər toqquşub, ölən var
0 : 00
0 : 00

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 15-i saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində şəhər sakinləri Emil Həşimovun idarə etdiyi “Renault” və Z.Şərifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi