Yuxarı
    Bağlamaq

    Bakıda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib

    Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

    Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib.

    "Report"un xəbərinə görə, hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Körpünün üzərində piyada üçün müəyyən olunmayan yerdən keçmək istəyən 1974-cü il təvəllüdlü Ceyhun Teymurovu avtomobil vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Digər hadisə Surxanı rayonunda qeydə alınıb. Belə ki, Əmircan qəsəbəsində yol kənarı ilə hərəkət edən 45 yaşlı Dilqəm Mirzəyevi avtomobil vurub. Ağır xəsarət alan D.Mirzəyevi hadisəni törədən sürücü xəstəxanaya yerləşdirib.

    Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi