Bakıda piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü, İbrahimov Nicat İbrahim oğlu yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb, ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev