Yuxarı
    Bağlamaq

    Bakıda avtomobillə vurulan şəxs xəstəxanada ölüb

    Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

    Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda avtomobilin vurduğu piyada 2 gün sonra xəstəxanada ölüb.

    "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

    Belə ki, avqustun 23-də saat 17 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Coşqun Rzayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Səxavət Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada avqustun 25-də orada ölüb.

    Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi