Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı

Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
948
26 Mart , 2021 02:31
Bakıda avtomobillə vurulan qadının qabırğaları sındı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Əliyeva Elmira Mahmud qızını 3-cü mikrorayon dairəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı və başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi