Yuxarı
    Bağlamaq

    Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

    İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ozal Böyükağalının cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

    "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

    İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, hadisə bu il avqust ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Bakı şəhər sakini O.Böyükağalı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Qızılşan Əsgərovanı vurub. Q.Əsgərova hadisə yerində ölüb.

    O.Böyükağalı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi