Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Avtomobillə motosikletin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Kazımov Vahid Əlihəsən oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.