Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb Fakt araşdırılır
Hadisə
24 İyun , 2017 08:42
Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda avtomobilin vuruduğu piyada ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində piyada keçidi üçün nəzərdə tutulmayan ərazidə yolu keçən 1974-cü il təvəllüdlü Əliyarov Hacımurad Gülmurad oğlunu minik avtomobili vurub. Nəticədə H.Əliyarov hər iki ayağından açıq sınıq xəsarətləri və ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən sürücü polislər tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi