Bakıda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada öldü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 dekabr 2020 07:10
Bakıda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 26-ı saat 20 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini N.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi