Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb

Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 yanvar 2020 19:52
Bakıda avtomobilin vurduğu piyadanın ayaqları sınıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 53 yaşlı Fərziyev Natiq Əbdülhüseyn oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki ayağının sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi