Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü Bakıda yol qəzası olub.
Hadisə
31 Mart , 2021 13:36
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakıda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 30-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi