Bakıda yol qəzası baş verib.
“Report”un xəbərinə görə, hadisə martın 4-də saat 15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Ə.Rzayevin idarə etdiyi “Daewoo” markalı avtomobil yol kənarında dayanan Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Sərdar Qulamovu vurub. Yaralı 3 saylı Şəhər Klinki Xəstəxanasına çatdırılıb və martın 5-də orada ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.