Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
Hadisə
595
11 İyul , 2020 00:54
Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Yolu keçən 1970-ci il təvəllüdlü Qasımov Rauf Rəhman oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov