Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır.
Hadisə
8 Sentyabr , 2018 16:54

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 5-də gecə saat 01:24-də Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 55-60 yaşlarında naməlum kişi yol nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Onun xarakterik əlamətləri : boyu 170-santimetr, arıq bədən quruluşlu, saçları ağdır. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə (012) 490-88-27, həmçinin 055-277-71-53 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi