Bakıda avtomobili park etmə üstündə adam öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda avtomobili park etmə üstündə adam öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
17 Sentyabr , 2018 11:06
Bakıda avtomobili park etmə üstündə adam öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Rzayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi