Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunun Mətbuat prospektində qeydə alınıb. Belə ki, işıq dirəyinə dəyən “Mercedes” markalı avtomobil aşıb.
Avtomobilin sürücüsü hüquq-mühafizə orqanlarında çalışan polis mayorudur. O, Yasamal rayon Mühafizə İdarəsində çalışır.
Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən polis mayorunun adı açıqlanmayıb.
