​Bakıda avtomobildən içərisində 10 min manat olan çanta oğurlanıb

​Bakıda avtomobildən içərisində 10 min manat olan çanta oğurlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 Fevral , 2016 15:03
​Bakıda avtomobildən içərisində 10 min manat olan çanta oğurlanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Bakıda avtomobildən içərisində 10 min manat pul olan çanta oğurlanıb. “Report”un xəbərinə, hadısə Bakıxanov qəsəbəsi, Sülh küçəsi 13-ün qarşısında qeydə alınıb.

Orada yaşayan 48 yaşlı Vüqar Əsədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, ona məxsus KİA markalı avtomobildən şüşəsini sındırmaqla içərisində 10 min manat olan idman çantası oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri üzrə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi