Sabirabad. 17 noyabr. REPORT.AZ/ Bakı şəhər sakininin avtomobilini oğurlayan şəxs Sabirabad rayonunda tutulub. "Report"un Aran bürosu xəbər verir ki, Bakı şəhər sakini Afiq Cabbarova məxsus "Opel" markalı avtomobilin tranzit dövlət qeydiyyat nişanları oğurlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nömrə nişanların vurulduğu "Daewoo" markalı avtomobilin Sabirabad rayonunun ərazisində hərəkətdə olması müəyyən olunub.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb və onu idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.