Bakıda avtomobildən 8 min manat oğurlanıb

Bakıda avtomobildən 8 min manat oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyul , 2017 16:32
Bakıda avtomobildən 8 min manat oğurlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda avtomobildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, C.Məmmədquluzadə küçəsi ev 326 ünvanın qarşısında dayanmış “Hyundai” markalı avtomobildən cibində 8 000 manat pul olan gödəkçə oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi