Bakıda avtomobildən 7 min manat və 30 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən 7 min manat və 30 min manatlıq qızıl oğurlanıb Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır
Hadisə
17 Aprel , 2017 16:49
Bakıda avtomobildən 7 min manat və 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda avtomobildən külli miqdarda pul və qızıl oğurlanıb.

“Report”un xəbərinə görə, Nizami rayonu, hadisə Keşlə qəsəbəsi A.Puşkin küçəsi ev 11-in qarşısında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Məzrubə Əliyevaya məxsus “Lexus” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 7 000 manat, 50 ABŞ dollar pul və 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi