​Bakıda avtomobildən 26 min manat oğurlanıb

​Bakıda avtomobildən 26 min manat oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
105
9 Aprel , 2016 16:38
​Bakıda avtomobildən 26 min manat oğurlanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda əmlakı qəsdən zədələmə yolu ilə oğurluq olub.

“Report” xəbər verir ki, Təbriz küçəsində Bakı şəhər sakini 36 yaşlı Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobilin şüşəsini sındırmaqla içərisində 26 116 manat olan çanta oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 177.2.4 (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi