Bakıda avtomobil yüksək sürətlə ağaca çırpılıb, sürücü ağır yaralanıb

Bakıda avtomobil yüksək sürətlə ağaca çırpılıb, sürücü ağır yaralanıb Hadisə Bakıxanov qəsəbəsində baş verib
Hadisə
26 Oktyabr , 2017 01:58
Bakıda avtomobil yüksək sürətlə ağaca çırpılıb, sürücü ağır yaralanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, 25 yaşlı Əliyev Anar Akif oğlu Bakıxanov qəsəbəsində yüksək sürətlə idarə etdiyi "BMW" markalı avtomobil ilə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Yol polis şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi