Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vurub

Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vurub Cavid Musayev 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib
Hadisə
12 Avqust , 2017 04:07
Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vurub
Courtesy İmage

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 20 yaşlı Cavid Musayevi vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi