Bakıda avtomobil yolu keçən hamilə qadını vurub

Bakıda avtomobil yolu keçən hamilə qadını vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Oktyabr , 2019 00:00
Bakıda avtomobil yolu keçən hamilə qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı hamilə qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi