Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
9 Mart , 2016 11:57
Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, martın 8-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilən həmin şəxs orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi