Bakıda avtomobil yoldan çıxaraq piyadaları vurub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda avtomobil yoldan çıxaraq piyadaları vurub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO - VİDEO Yaralılar xəstəxanaya yerləşdiriliblər
Hadisə
15 yanvar 2018 06:17
Bakıda avtomobil yoldan çıxaraq piyadaları vurub, xəsarət alanlar var - YENİLƏNİB - FOTO - VİDEO

Video əlavə olunub


*** 02:32

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda avtomobil piyadaları vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 1988-ci il təvəllüdlü Həsənov Ramal idarə etdiyi "Mercedes" markalı, 44-CB-397 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Həsənov Azər Arif oğlunu və 21 yaşlı Yasinli Ayişə Tahir qızını vurub.  

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. 


***01:13

Bakıda yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yolu keçmək istəyən 52 yaşlı Həsənov Azər Arif oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi