Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda yol kənarında dayanan qadını avtomobil vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsindəki marketlərdən birinin qarşısında dayanan 1986-ci il təvəllüdlü Ələkbərova Günel Mirilham qızını minik avtomobili vurub. Nəticədə o, çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Həkimlər G.Ələkbərovanın vəziyyətini ağır kimi qiymətləndirir. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Faktla bağlı araşdırma aparılır.