Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Novxanı qəsəbəsi, Bağlar massivində küçəni keçmək istəyən 2003-cü il təvəllüdlü Qəmbərov Nemət Ceyhun oğlunu minik avtomobili vurub. Xəsarət alan şəxs sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən sürücünün izahatı alınıb.
Fakt araşdırılır.