Bakıda avtomobil yanıb - YENİLƏNİB - VİDEO

Bakıda avtomobil yanıb - YENİLƏNİB - VİDEO Hazırda yanğınsöndürmə işləri davam etdirilir
Hadisə
31 Mart , 2021 12:55
Bakıda avtomobil yanıb - YENİLƏNİB - VİDEO

Bakıda avtomobildə baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12.42

Bakıda avtomobil yanır.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi