Bakıda avtomobil yanıb - VİDEO - YENİLƏNİB

Bakıda avtomobil yanıb - VİDEO - YENİLƏNİB Bakıda yanan nəqliyyat vasitəsi söndürülüb.
Hadisə
25 Aprel , 2020 22:15
Bakıda avtomobil yanıb - VİDEO - YENİLƏNİB

Bakıda yanan nəqliyyat vasitəsi söndürülüb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Binəqədi rayonunda "KİA" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***20:53

Bakının Binəqədi rayonu ərazisində avtomobil yanır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Ayna Sultanova parkının yanında “KİA” markalı avtomobilin mühərrik hissəsi qəflətən alışıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi