Yuxarı

Bakıda avtomobil yanıb - VİDEO

Yanğın qısa müddətdə yaxınlıqdakı ağaclara da keçib

Bakı. 26 mart. REPORT.AZ/ Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” massivində yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, yaşayış massivindəki 17 saylı binanın qarşısında saxlanılan “Hyundai Santa Fe” markalı avtomobil alışıb.

Yanğın qısa müddətdə yaxınlıqdakı ağaclara da keçib.

Digər avtomobillərin sahibləri isə maşınlarını ərazidən uzaqlaşdıra biliblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi