Bakı. 4 fevral. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.