Bakıda avtomobil xəstəxanadan çıxan qadını vuraraq ərazidən uzaqlaşıb

Bakıda avtomobil xəstəxanadan çıxan qadını vuraraq ərazidən uzaqlaşıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2016 10:28
Bakıda avtomobil xəstəxanadan çıxan qadını vuraraq ərazidən uzaqlaşıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda avtomobil 33 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 33 yaşlı Fərzəliyeva Zülfiyyə Hicran qızı 3 saylı Şəhər Klinik Xəstəxanasından müayinədən çıxan zaman onu "VAZ 2106" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan qadını polis əməkdaşları xəstəxanaya yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi