Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
15 Mart , 2021 13:27
Bakıda avtomobilin vurduğu piyada ölüb

Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə martın 14-də saat 6 radələrində qeydə alınıb.

Füzuli rayon sakini X.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini P.Səfərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi